Baş rollarda Kerem Bürsin və Devrim Özkanın çəkildiyi "Mavi Mağara" filminin dünənki çəkilişi təxirə salınıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb aktyor Kerem Bürsinin koronavirusa yoluxması olub.

Məlumata görə, bir neçə gündür reklam çəkilişləri davam edən "Mavi Mağara"nın növbəti hissəsininçəkilişi zamanı aktyor özünü piss hiss edib: "Bundan sonra o, xəstəxanaya apaırlıb. Orada aparılan analizlərdən sonra aktyorda koronavirus aşkarlanıb".

Xəbərdə deylir ki, çəkilişlər aprelin 2-də başlayacaq.

Qeyd edək ki, filmdə "Cem" adlı əsgəri Kerem Bürsin canlandıracaq. 

İstanbulda başlayan "Mavi Mağara"nın çəkilişləri Kaşda davam edəcək.

Ləman

MİA.AZ