Yenidən Rifah Partiyasının (YRP) sədri Fatih Ərbakan Hatayın Antakya rayonunda tərəfdarları ilə keçirdiyi mitinqdə AKP lideri, prezident Ərdoğana 31 mart bələdiyyə seçkiləri ilə bağlı İstanbuldakı namizədlərini geri çəkmək üçün 3 şərt irəli sürüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Ərdoğanın tez-tez onlara işarə ilə "Bizim namizədləri uduzdurmaq üçün seçkiyə qatılıblar" sözlərinə toxunub: "Ey trollar, bizim şərtlərimiz bəllidir. Əgər Ərdoğan İsraillə ticarət dayandırsa, Malatyada İsraili qorumaq üçün qurulan Kürecik Radar Bazasını bağlasa, pensiyanı minimum 20 min lirəyə qaldırsa, dərhal İstanbuldan namizədimizi geri çəkməyə hazırıq. Hər kəs bilsin ki, hər hansı bir partiyanın udması və ya uduzması üçün seçkiyə getmirik. Hər bir partiyanın oduğu kimi, bizim də öz namizədlərimiz, öz xəttimiz var...".

Zülfiyyə

MİA.AZ