İsrail ordusu Qəzza şəhərində humanitar yardım gözləyən fələstinliləri yenə bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi olan WAFA məlumat yayıb.

Məlumata görə, İsrail ordusu Qəzza şəhərinin şərqindəki sənaye zonasında humanitar yardım gözləyən dinc sakinləri hədəfə alıb: "Nəticədə azı 6 dinc fələstinli həyatını itirib, xeyli yaralı var. Hazırda hadisə araşdırılır...".

Tahir Şəlvəli

MİA.AZ