PKK tərəfdarı Firaz Qorxmazın Fransadan Türkiyəyə ekstradisiyası zamanı Paris hava limanında gərginlik yaradıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, terror təşkilatı PKK tərəfdarı Firaz Qorxmazın Fransadan Türkiyəyə ekstradisiyası zamanı PKK-lı şəxslər Paris hava limanına toplanıblar.
Məlumata gərə, terror təşkilatının tərəfdarları Firaz Qorxmazın Türkiyəyə ekstradisiyasının qarşısını almaq üçün Fransa rəsmilərinə hücum edib: "Lakin onların cəhdi etapa mane ola bilməyib...".
Xatırladaq ki, Fransaya sığınan terror təşkilatının tərəfdarı Firaz Qorxmaz ötən ilin fevralında həbs edilib.
Bundan sonra Qorxmazın Türkiyəyə deportasiyasına qərar verilib.
Tahir Şəlvəli
MİA.AZ