Bu ilin yanvar ayında Azərbaycana xarici ölkələrdən 5 min 150,79 ton banan gətirilib.
Mia.az-ın məlumatına görə, Yeniavaz.com-un açıqlanan sonuncu rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin yanvar ayı ilə müqayisədə banan idxalı 63% və ya 2 min ton artıb.
Yanvar ayında idxal olunan bananın 1 kiloqramının gömrük dəyəri 1 manat 28 qəpik (75 sent) təşkil edib.
Məlumat üçün bildirək ki, ixdal olunan bananın 99,6%-i və ya 5 min 128,11 tonu Ekvadordan gətirilib.
Məlumat üçün onu da qeyd edək ki, marketlərdə banan gömrük dəyərindən dəfələrlə baha satılır. Müqayisə üçün bildirək ki, hazırda ölkənin aparıcı marketlərindən olan “Bravo”da (Umico) 1 kiloqram bananın qiyməti 2,99 manat, “Neptun” supermarketində isə 3,19 manata satılır.
Onu da bildirək ki, dünyanın inkişaf etmiş ölklərindən biri olan Almaniyada bananın pərakəndə satış qiyməti Azərbaycanla müqayisədə ucuzdur. Belə ki, Almaniyanın aparıcı marketlər şəbəkəsindən biri olan “Aldı” marketdə 1 kiloqram bananın qiyməti 1,82 manata (0,99 avro) satılır.