İsrailin keçmiş Baş Qərargah rəisi Netanyahunu günahlandırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrailin keçmiş Baş Qərargah rəisi Dan Halutz bu barədə yerli mətbuata danışıb.
O bildirib ki, oktyabrın 7-də Qəzzadan edilən hücumlardan sonra baş nazir Benyamin Netanyahu məsuliyyəti öz üzərinə götürməkdən yayınıb və ölkəni "pisdən daha da pisə doğru" aparıb: "Onun təqvimində 7 oktyabr yoxdur. 6 oktyabr var və o, oktyabrın 8-də müharibəyə başlayıb. Amma o, döyüşmür, bizi pisdən daha da pisə aparır".
Tahir Şəlvəli
MİA.AZ