İsrail Livanın şərqini yenidən bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Livanın NNA rəsmi agentliyi məlumat yayıb.

Məlumata görə, İsrail təyyarələri bu gün ikinci dəfə Bekaa vadisinə hava hücumu həyata keçirib: "İsrail qırıcıları Bekaa vadisində bir çox yerləri, o cümlədən Tel Vardin bölgəsində bir evə bombalayıb. Nəticədə ən azı 2 nəfərin ölməsi, 1 nəfərin isə yaralanması təsdiqlənib. Digər bölgələrdəki təlafatla bağlı dəqiqləşmə aparılır".

İsrail hücumu təsdiqləyib. Müdafiə Nazirliyindən bildirilib ki, Hizbullah yaraqlılarına məxsus olan hədəflər dəqiqliklə vurulub: "Hədəflər arasında "Hizbullah"ın Hanin və Beyt Hanundakı silah anbarları da var...".

Firudin Səfərli

MİA.AZ