Çin BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) Qəzzada atəşkəs tələbi ilə bağlı qətnaməsinin dərhal ixra edilməsini tələb edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien Pekində keçirdiyi gündəlik mətbuat konfransında suallara cavab verərkən danışıb.
XİN rəsmisi martın 25-də BMT TŞ-də Qəzzada atəşkəslə bağlı qəbul olunan qərarın beynəlxalq ictimaiyyətin gözləntisindən qaynaqlandığnı qeyd edib: "ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin qətnaməyə "qərar məcburi deyil" şərhi qəbuledilməzdir, doğru deyil. Təhlükəsizlik Şurasının qərarları məcburidir. Biz tərəfləri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində nəzərdə tutulmuş öhdəliklərə əməl etməyə çağrırıq. Eyni zamanda, İsrailə ciddi təsirə malik olan ABŞ-dan qərarın icrasında müsbət rol oynamasını gözləyirik".
Xatırladaq ki, BMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, Təhlükəsizlik Şurasının qərarları məcburi sayılır.
İstrial isə qərarı icra etməyəcəyini rəsmən bəyan edib.
Tahir Şəlvəli
MİA.AZ