ABŞ Federal Ehtiyat Sistemi (FED) - Mərkəzi Bankı 2023-cü ildə böyük zərərlə üzləşib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə FED-ın hesabatında bildirilib.
Qeyd edilib ki, qurumun 2023-cü ildə xərcləri qazancını 114,3 milyard dollar ötüb: "Beləliklə, ABŞ Mərkəzi Bnakı indiyə qədərki ən böyük əməliyyat zərərini qeydə alıb".
Xatırladaq ki, FED 2022-cü ili 104,3 milyard dollar zərərlə yola verib.
Samir Musayev
MİA.AZ