Çin Futbol Federasiyası Assosiasiyasının keçmiş prezidenti Çen Xuyuana ağır cəza verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, federasiya prezidenti böyük məbləğdə rüşvətalma və korrupsiyada itrtiham olunub.

O, Pekin məhkəməsində keçirilən iclasda günahını etiraf edib: "Çen Xuyuan 81 milyon yuan rüşvət almasını etiraf edib. Sabiq preziddent peşman olduğunu desə də, hakim ona ömürlük həbs cəzası kəsib".

Məlumata görə, Çen Xuyuanın ümumilikdə 81 milyon yuan məbləğində rüşvət aldığını etiraf etməsi ölkədə böyük səs-küy və müzakirələrə səbəb olub.

Çin mediası federasiya prezidenti ilə bağlı başladılan istintaq çərçivəsində bir çox futbol klublarının rəhbər şəxsləriin də istintaqa cəlb olunduğunu yazıb.

Fərid Aslan

MİA.AZ