ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində şərti azadlığa buraxılması tələbi rədd edilən müttəhim Deobra Reddenin hakimə hücumu böyük əks-səda yaradıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ilk iclasda baş verən gərginlikdən sonra məhkəmə heyəti daha sərt tədbirlərə əl atıb.
Yayılan yeni görüntülərə görə, Redden ikinci iclasa başında maska, əllərinə xüsusi əlcək geyindirilmiş və qoluna isə zəncirə vurulmuş formada gətirilib.
Onun maska, əlcək və zəncirlə salona gətirilməsi isə dünya mediasında sərt tənqidlərə yol açıb.
Xatırladaq ki, ilk iclasda hakim Meri Kay Holthus 3 cinayət dosyesi olan Reddenin şərti azad etmə tələbini rədd edib. Qərar açılqlanan kimi isə Redden kreslosundan sıçrayaraq hakimin oturduğu masaya tullanaraq onu vurmaq istəyib. Hakim cəld tərpənərək, masanın altına girib, bundan sonra operativ davranan təhlükəsizlik qüvvələri Reddeni qandallayıblar.
Firudin Səfərli
MİA.AZ