"Sevda quşun qanadında", "Yer Gök Aşk", "Gülcemal" və digər sevilən seriallarında rol alan məşhur aktyor Murat Ünalamış prezident Ərdoğanın lideri olduğu AKP-nin İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Murat Kurumun adına evinə gətirilən seçki təşviqatı materiallarını zibil yeşiyinə tullayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu "zibilatma" əməliyyatını videoya çəkərək sosial media hesabında "Pislikləri yetmədi, bir də qapıya zibillərini asmışlar" təqdimatlı ilə paylaşıb.

Aktyor daha sonra ölkədə məmur özbaşınalığı olmasına üsyan edib. O, daha sonrakı paylaşımında Həzrəti Məhəmmədə məxsus "Ədaləti ayaqlar altına atan dövlöt adamlarını cəzalandırmayan ölkələər çökmək zorundadır" sözünü yazaraq, bu sözlərlə statusina nöqtə qoyub: "Ədaləti ayaq altına atmayan dövlət adamı qaldımı? Söyləyən söyləmiş də, dinləyən kim?".

Ləman

MİA.AZ