Niderland millisinin sabiq futbolçusu, sonuncu dəfə Türkiyənin “Eyüpspor” komandasının formasını geyinən Rayan Babel ötən ilin sentyabrından klubsuz qalıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 37 yaşlı Babel "Eyüpspor"la bağlı Niderland mətbuatına sensasion açıqlama verib.

"Eyüpspor"da ona bilərəkdən oynamaq haqqının tanınmadığını iddia edən Babel bildirib ki, o, səfər matçlarına 3 gün qalmış getmələrinə etiraz edib: "Buna görə mənə qarşı münasibət kəskin dəyişdi. Yarım həftədən çox evdən kənarda qalmaq mənə xoş deyildi. Bu, ruhən adama ağır gəlir. Klub məşqçisi isə əksini düşünürdü. Buna görə məni ehtiyatda saxlamağa başladılar. Bilərəkdən məni oynatmadılar. Nəticə etibarı ilə müqaviləmə xitam verildi. Səhv elədim, gərək təzminat tələb edəydim..".

Xatırladaq ki, Türkiyədə "Kasımpaşa", "Beşiktaş", "Qalatasaray" və nəhayət, Arda Turanın baş məşqçisi olduğu birinci liqa təmsilçisi "Eyüpspor"un heyətində çıxış edən holland Rayan Babel 29 sentyabr 2023-cü ildən klubsuzdur.

Fərid 

Mia.az