"Gördüyünüz kimi, payşadığım fotonun (Foto aşağıda tədim olunub - Mia.az) üstünə "Badamlı" yazılıb, ancaq içindəki suyun "badamlı" olmadığı dəqiqdir".

Mia.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Rövşən Hacıbəyli sosial media hesabında yazıb.

Jurnalist 10 litrlik "Badamlı" "bidonu"nun şəklini paylaşaraq yazıb: "Sovetlərin dönəmində atam evimizə həmişə qutu-qutu (hər qutuda 20 butulka olurdu) Badamlı, Sirab, Vayxir, İstisu alırdı. Hər birinin öz dadı vardı. İndikilər hamısı Bakı zirzəmilərində doldurulan Kür, Ceyranbatan, ya da Oğuz-Qəbələ suyudur, heç Şollar da deyil. Bunlar öz yerində...

Gördüyünüz 10 litrlik "Badamlı" qabina başqa bir 9 litrlik qabdan tökmüşəm bu mayeni. 9 litrlik qab 10 litrlik qabı ağzına qədər doldurdu, hələ 1 litrə yaxın da artıq qaldı...".

Maraqlıdır, görəsən doğrudanmı "badamlı" istehlakçılara 10 litr əvəzinə 9 litr su satır?

Məsələ ilə bağlı "Badamlı" şirkətinin mövqeyini öyrənə bilmədik. Onları da dinləməyə hazırıq.

Firudin Səfərli

MİA.AZ