Rusiyanın paytaxtı Moskvada 82 nəfərin ölümü ilə nəticələnən (ilkin məlumat belədir, rəqəm dəyişə bilər - Mia.az) terror aktına ölkənin sabiq prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev çox sərt reaksiya verib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, o, Telegram hesabında həyatını itirənlərin ailələrinə başsağlığı verib.
Medvedev "terrorçuların ancaq qisasdan anladıqları"nı ifadə edərək yazıb: "Zorakılığa güclə cavab verilmədikcə, terrorçuların kütləvi edamına və ailələrinə ölümlə cavab verilmədikcə heç bir məhkəmə və ya istintaqın faydası olmayacaq. Əgər bunların Kiyev rejiminin terrorçuları olduğu aşkar edilərsə, onlara və onların ideoloji ruhlandırıcılarına qarşı başqa cür hərəkət etmək mümkün deyil. Onların hamısı terrorçu kimi aşkar edilməli və amansızcasına məhv edilməlidir. O cümlədən, cinayəti törədən dövlətin rəsmiləri də. Ölümə ölüm!”.
Samir Musayev
MİA.AZ