Xəbər verdiyimiz kimi, bu gün “FIFA series–Edition 2024” çərçivəsində Azərbaycan yığması Bakıda Monqolustan millisinə qalib gəlib.
Mia.az xəbər verir ki, millimin oyundakı yeganə qolunu 90+1-ci dəqiqədə Bəhlul Mustafazadə vurub.
Oyundan sonra jurnalistlərə açıqlama verən Vüsal İsgəndərli oyunu yüksək dəyərləndirib. O bildirib ki, Bolqarıstanla oyuna daha məsuliyyətlə hazırlaşacaqlar.
Onunla yanaşı, Musa Qurbanlı, Emil Mustafayev, Emin Mahmudov da həm bugünkü, həm də martın 26-da baş tutacaq Bolqarıstanla oyunla bağlı təəssüratlarını bölüşüblər.
Daha sonra isə millinin baş məşqçisi mətbuat konfransı keçirərək, sualları cavablandırıb.
Zülfiyyə
MİA.AZ