AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur.

Bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

O bildirib ki, indiki ana qədər rəsmən namizədliyini irəli sürən olmayıb(Report).

Qeyd edək ki, aprelin 2-də AFFA-nın Hesabat-Seçki Konfransı keçiriləcək. Qurumun hazırkı rəhbəri Rövnəq Abdullayev namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

MİA.AZ