Türkiyədə yayımlanan "Kızıl Qoncalar"ın son bölümündə "Ramazan"la bağlı səhnə izləyiciləri qəzəbləndirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Özgü Namal və Özcan Demizin baş rollarda çəkildiyi "Kızıl Qoncalar" serialının son bölümündə Mert Yazıcıoğlunun canlandırdığı Cüneydlə Nefise Esma Yılmazın obrazını yaratdığı "Mira" orucluqla bağlı söhbəti maraq doğurub.
Belə ki, "Mira" "Cüney"də çay ismarlamaq istəyir. Cüneyd isə oruc tutduğuna işarə verir: "Ramazandır”.
Lakin Mira onun oruc olmasını anlamır və "Ramazan kimdir?" soruşur.
Cüneyd “Rəcəb, Şaban” cavabına "Mira" daha gülməli yanaşır: “Onlara da çay ismarlayım?".
Türkiyə mətbuatı yazır ki, bu səhnə dindar təbəqələrlə yanaşı, bir çox izləyicilərdə qıcıq yaradıb. Artıq sosial mediada bu səhnəyə qarşı "səlib yürüşü" başlayıb...
Ləman
MİA.AZ