Suriya ordusu və İranın dəstəklədiyi terrorçu qruplar İdlibdə Rusiya-Türkiyö və İran arasındakı razılaşmaya əsasən hücum edilməsi nəzərdə tutulmayan 14 bölgəyə sahur vaxtı eyni anda hücuma keçiblər.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İdlibdəki "neytral bölgə" daxilində olan Hələbin Daret İzze rayonu, Takad, Kefernuran, İrhab, Kefrenteyin, Kebbeşin, Şeyih Süleyman, Əl-Vasata və İdlibin Sermin qəsəbəsi, Zerdene, Teftenatna, Taoumes və kəndlərində hazırda müxalif qüvvələrlə gərgin döyüşlər gedir.
Hücum zamanı ölən və ya yaralananların olub-olmaması ilə bağlı açıqlama verilməyib.
Xatırladaq ki, 2017-ci ildə keçirilən Astana görüşündə Türkiyə, Rusiya və İran Suriya administrasiyasının nəzarətində olmayan ərazidə 4 “deeskalasiya zonası” yaratmağa razılaşıblar. Ancaq qısa müddət sonra Dəməşq rəhbərliyi, İranın dəstəklədiyi terrorçular və Rusiya hücumlarını davam etdirərək 4 bölgədən 3-nü ələ keçirərək İdlibə doğru irəliləyib. Türkiyə 2018-ci ilin sentyabrında atəşkəsi gücləndirmək üçün Rusiya ilə əlavə razılaşma əldə edib. 2019-cu ilin mayında yenidən 4-cü bölgəyə hücum başlayıb. Türkiyə və Rusiyanın 5 mart 2020-ci ildə əldə etdiyi yeni razılaşmadan sonra atəşkəs qorunub.
Firudin Səfərli
MİA.AZ