İsrail ordusu 164 gündür Qəzzanı bombalayır. Nəticə həlak olanların sayı hər keçən gün artır. 

Mia.az xarici mətbuata istnadla xəbər verir ki, bu barədə Qəzzada Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda daha 81 fələstinli həlak olub, 116-sı yaralanıb: "Bununla da İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı 31726-ya, yaralıların sayı isə 73 min 792-ə çatıb".

Tahir Şəlvəli

MİA.AZ