Nigeriyanın Delta əyalətində silahlı toqquşma baş verib.
Mia.az xarici mətbuata istnadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə İnformasiya Təşkilatının rəhbəri Tukur Qusau açıqlama veirb.
O, neftlə zəngin olan Delta əyalətinin Bomadi bölgəsindəki iki kənddə sülhməramlı xidmətdə olan hərbçilərə silahlı hücum olduğunu təsdiqləyib: "Hücum zamanı aralarında 2 mayor və bir kapitan olmaqla 16 hərbçi həlak olublar. Hadisədən dərhal sonra bölgəyə əlavə qüvvə yeridilib. Həbslər var. araşdırmalar davam edir".
Məlumatda hücumu kimlərin həyata keçirdiyi açıqlanmayıb.
Xəbərdə o da deyilir ki, bölgə sakinləri hücumdan sonra qorxudan evlərini tərk edir.
Xatırladaq ki, Delta əyalətindəki tez-tez belə qanlı hadisələr yaşanır.
Lamiyə Əhmədli
MİA.AZ