"Fənərbağça"nın 3-2 hesabı ilə qalib gəldiyi matçdan sonra meydana daxil olan "Trabzonspor" azarkeşlərin rəqib oyunçulara hücumu qardaş ölkədə böyük müzakirəyə səbəb olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisəyə "Trabzonspor"un futbolçusu Enis Bardhi ilginc izahat verib.

O, üzrxahlıq etməkdənsə, "Fənərbağça" komandasının final fitindən sonrakı qələbə sevincinin azarkeşləri qızışdırdığını iddia edib: "Əslində, mən bu gün futboldan danışmaq istəyirəm. Biz futbolçuyuq. Heç kim bu təxribatları etməməlidir. Həyatımda heç vaxt yaşamadığım bir mənzərədir. Bunlar çox pis bir təcrübədir. Əgər siz oyundan sonra meydanda azarkeşləri çoşduracaq sevincək hərəkət edərsinizsa, bu, qarşı tərəfi qıcıqlandıracaq...”.

Bardhi rəqibin 3-cü qolunda açıq-aşkar qayda pozuntusu olduğunu da iddia edib.

Fərid Aslan 

MİA.AZ