Türkiyə yığmasının martın 22-də Macarıstan, 26-da isə Avstriya ilə keçirəcəyi yoldaşlıq  oyunlar üçün heyəti açıqlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Baş məşqçi Montella ilk dəfə Muhammed Şengezer, Ahmetcan Kaplan, Semih Kılıçsoy və Can Uzunu yığmaya dəvət edib.

Milli Komandaya dəvət olunan futbolçular 18 martda toplanacaq. Həmin gün saat 16.45-də ilk məşqinə çıxacaq futbolçular Macarıstan matçının hazırlıqlarını davam etdirəcək.

Milli komandanın heyətində aşağıdakı futbolçular yer alacaq:

Qapıçı: Mert Günok, Muhammed Şengezer, Uğurcan Çakır, Okan Koçuk

Müdafiə: Mert Müldür, Zeki Çelik, Ahmetcan Kaplan, Merih Demiral, Ozan Kabak, Samet Akaydın, Cenk Özkacar, Ferdi Kadıoğlu

Yarımmüdafiəçi: Hakan Çalhanoğlu, İsmail Yüksek, Kaan Ayhan, Orkun Kökcü, Salih Özcan

Hücumçular: Cengiz Ünder, İrfan Can Kahveci, Yunus Akgün, Barış Alper Yılmaz, Kerem Aktürkoğlu, Semih Kılıçsoy, Abdülkadir Ömür, Arda Güler, Can Uzun, Enes Ünal, Kənan Yıldız, Yusuf Yazıcı

Fərid Aslan

MİA.AZ