Ötən axşam  "Fənərbağça"nın 3-2 qalib gəldiyi matçdan sonra meydana daxil olan "Trabzonspor" azarkeşlərin hərəkətinə Qara dəniz komandasının baş məşqçisi  Abdullah Avçı münasibət bildirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Abdullah Avcı fasilədə və matçın sonunda yaşananlara görə üzüldüyünü deyib:"Matçın fasiləsində və bitməsindən sonra baş verənlərə görə çox üzülürəm. İllərdir meydanda qalmağa çalışan bir məşqçi kimi bu haqda danışmaq ağırdır. Çox çalışsam da, belə olayların qarşısına keşmək olmur. Bunları danışaraq çözmək olmur, ona görə uzaq durmağa çalışıram. Fasilə zamanı rəqib komandanın məşqçisi İsmayıla hocvaya da "təmkinli ol" dedim. İndi TFF-nin hansı qərarı verəcəyini gözləyəcəyik. Biz də əziyyət çəkəcəyik, güman edirəm ki, rəqibimiz də bu hadisədən zərər çəkəcək. Sonunu gözləyək"

Xatırladaq ki, yerli azarkeşlər soyunub-geyinmə otağına getməyə çalışan "Fənərbağça"lı oyunçularla əlbəyaxa olublar.

Fərid Aslan 

MİA.AZ