Çempionlar Liqasının axşamkı qarşılaşmalarından "Arsenal"la “Portu” arasında "döyüş" böyük maraqla izənilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərənin "Arsenal" komandası Portuqaliyanın "Porto" komandasını 1:0 hesabı ilə uduzduğu cavab matçında qəbul edib. Emirates Stadionunda keçirilən qarşılaşmada "Arsenal" 41-ci dəqiqədə Leandro Trossardın vurduğu qolla ilk hissəni 1:0 öndə bitirib. İkinci hissədə qapılara qol vurulmadığındna hakim ümumi hesabın 1-1 olmasına görə əlavə vaxt təyin edib.
Əlavə hissədə də qol olmayıb.
Penaltilərdə isə "Arsenal" rəqibinə 4-2 qalib gələrək 14 ildən sonra ilk dəfə son 8 komanda arasında yer alıb.
Xatırladaq ki, 1/4 finala vəsiqəni “Mançester Siti”, “Real Madrid”, “Bavariya” və PSJ bundan əvvəlki oyunlarla təmin ediblər.
Fərid
MİA.AZ