Pakistanın Karaiçi şəhərində yaşanan qeyri-adi hadisəyə görə ölkədə sərçələr sayılacaq.
Mia.az xarici mətbuata istnadla xəbər verir ki, Karaçidə sərçələrin sürətlə yoxa çıxmasından sonra ölkə hökuməti böyük şəhərlərdə sərçələrin sayımına qərar verib.
Məlumata görə, ilk olaraq təxminən 20 milyon insanın yaşadığı Karaçidəki vəziyyət dərindən təhlil olunacaq: "Şəhər rəsmiləri bildirir ki, artıq bir müddətidir şəhərdə sərçələr sayılır. Martın 20-də nəticələr açıqlanacaq".
Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Pakistan şöbəsinin məsul şəxsi Məhəmməd Moazzam Xan bildirib ki, son 20 ildə Kəraçidə sərçələrin sayı 60-70 faiz azalıb: "Əgər bir yerdə çoxlu sərçə olarsa, bu, həmin bölgədə havanın təmizliyindən xəbər verir. Yox, əgər bir yerdə ki, sərçələr sürətlə yoxa çıxır, o zaman bu, oradakı havanın keyfiyyətinin həyəcan verici dərəcədə azaldığı anlamına gəlir".
Tahir Şəlvəli
MİA.AZ