Çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" bu gün "Kasımpaşa" ilə qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyunda "Aslan"lar 27-ci dəqiqədə Mertensin qolu ilə hesabı açıb - 1:0.

34-cü dəqiqədə İkardi avtoqola imza atıb - 1-1.

"Qalatasaray" matçın 48-ci dəqiqəsində İkardi ilə yenidən önə keçib - 2:1.

57-ci dəqiqədə Aytaç Karan hesabı bərabərləşdirib - 2:2.

77-ci dəqiqədə Da Kosta "Kasımpaşa"  hesabda önə çıxıb - 3:2.

83-cü dəqiqədə İkardi növbəti qolu ilə hesabı bərabərləşdirib - 3:3

"Qalatasaray" 90-cı dəqiqədə Vinisiusun vurduğu qolla hesaba nöqtə qoyub - 4:3.

Bu qələbə ilə "Qalatasaray" liqada ardıcıl 11-ci qələbəsini qazanaraq 81 xalla lider kürsüsündəki mövqeyini qoruyub.

Fərid Aslan

MİA.AZ