Türkiyə Super Liqasının 30-cu turunda "Çaykur Rizespor"a 3:1 hesabı ilə uduzan "Qaziantep FK"nın baş məşqçisi Səlcuq İnan matçdan sonra azarkeşlərdən üzr istəyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, futbolçularının çox yaxşı oynadığını, ancaq hesaba görə karyerasının ən kədərli matçı olduğunu deyib.
İnan məğlubiyyətə görə azarkeşlər və klub rəhbərliyindən üzr istəyib: "Gerçəkdən çox üzgünəm, üzr istəyirəm. Futbolçularım da çox məyus oldular. Bu gün matçı qazana bilərdik. Təəssüf ki, futbolun gözəlliyi bu gün əleyhimizə işlədi. Hücumda çox yaxşı idik, ancaq üstünlüyü qoruya və ya artıra bilmədik...".
Selçuk İnan əlavə edib ki, liqada qalmaq üçün sonadək mübarizə aparacaqlar: "İnanıram ki, lazımı xalı toplayaraq liqada qalmağı bacaracağıq"
Fərid Aslan
MİA.AZ