Türkiyə superliqasında daha bir derbi baş tutub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 30-cu turdu lideri "Qalatasaray"ı daban-dabana izləyən "Fənərbağça" səfərdə "Trabzonspor"la qarşılaşıb.
Oyun 3:2 hesabı ilə İstanbul klubun xeyrinə başa çatıb.
"Fənərbağça"nın qollarını 13 və 45-ci dəqiqələrdə Fred, 87-ci dəqiqədə isə Mişi Batşuayi vurub.
“Trabzonspor”un qollarına isə 63-cü dəqiqədə Enis Bardhi, 78-ci dəqiqədə isə penaltindən Trezeqe imza atıb.
Bu qələbə ilə xalını 79-a yüksəldən “Fənərbağça” çempionluq şansını davam etdirib.
"Trabzonspor" isə 49 xalla 3-cü yerdədir.
Fərid
MİA.AZ