Bu gün Çempionlar Liqasında 1/4 və yarımfinal oyunlarında rəqiblər müəyyənləşib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün atılan püşk nəticəsində 1/4-də erkən final olacaq.
Belə ki, "Real Madrid" və "Mançester Siti" 1/4 finalda üz-üzə gələcəklər.
1/4 finalda ilk görüşlər aprelin 9-10-da, cavab görüşləri isə 16-17-də oynanılacaq.
30 aprel-1 may və 7-8 may tarixlərində isə yarımfinallar olacaq.
Final oyunu iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək.
Beləliklə:
1/4 final
Arsenal (İngiltərə) - Bayern Münhen (Almaniya)
Atletico Madrid (İspaniya) - Borussia Dortmund (Almaniya)
"Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
Paris Saint-Germain (Fransa) - Barselona (İspaniya)
1/2 final
Atletiko Madrid (İspaniya) - Borussia Dortmund (Almaniya) / Paris Saint-Germain (Fransa) - Barselona (İspaniya)
"Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya) / "Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
Fərid Aslan
MİA.AZ