Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili və üzvləri Tural Gəncəliyev, İltizam Yusifov, Vüqar Bayramov, Soltan Məmmədov, Nurlan Həsənov, Kəmaləddin Qafarov və Razi Nurullayev qurumun 11-ci sessiyasında iştirak edəcəklər.

Mia.az xəbər verir ki, onlar bu məqsədlə martın 18-də Brüssel şəhərinə səfər edəcəklər.

Tədbirdə əvvəlki sessiyanın protokolu və təşkilatın 2024-2025-ci illər üçün iş planları təsdiqlənəcək, Avronest PA komitələrinin və işçi qruplarının məruzələri və məlumatları dinləniləcək.

Səfər martın 21-də başa çatacaq.