ABŞ ordusu Suriyanın Həsəkə və Deyr əz-Zor əyalətlərində PKK/YPG-nin nəzarətində olan bölgələrdəki bazalarının müdafiə qabiliyyətini gücləndirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) əmri ilə Həsəkə və Deyr əz-Zordakı bazalara 40 maşından ibarət əlavə zirehli texnika və canlı qüvvə göndərib.

Məlumata görə, hərbi kalon ötən gecə İraq və Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından Həsəkəyə daxil olub: "ABŞ əsgərlərini daşıyan 5-i "Bradley" tipli zirehli maşın da daxil olmaqla, 40 maşından ibarət hərbi kalon Hasəkə vilayətinin Rumeylan qəsəbəsindəki hərbi bazaya gəlib. Yanacaq tankerləri, tibbi ləvazimatlar və hava hücumundan müdafiə radarlarından ibarət kalonun bir hissəsi isə daha sonra Fərat çayının şərq sahilindəki Ömər neft yatağındakı bazaya doğru hərəkət edib...".

Məlumatda deyilir ki, ABŞ ordusu yanvar və fevral aylarında da müxtəlif tarixlərdə ümumilikdə 5 etapda qeyd olunan hərbi bazalara əlavə təqviyyə yollayıb.

Firudin Səfərli

MİA.AZ