Külli miqdarda dələduzluqda ittiham olunan “Gerlift Group” MMC-nin təsisçisi və direktoru Tural Nəcəfovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Mia.az Teleqraf.com-a istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Rasim Sadıxovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası martın 19-na təyin edilib.
Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi, sabiq deputat Hacı Salayev, həmçinin Nəcib Səlimov və Bəxtiyar Məmmədov tanınıb.
Araşdırmalar zamanı məlum olub ki, Tural Nəcəfov özünü geniş təcrübəyə, işgüzar əlaqələrə malik etibarlı iş adamı kimi təqdim edərək zərərçəkmişlərin inam və etibarını qazana bilib.
Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” Birliyinə 265 min 721 manat, Hacı Salayevə isə 157 min manat zərər dəyib.