Monteneqroda 5,4 bal gücündə zəlzələ baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Monteneqronun müvafiq qurumu məlumat yayıb.

Bildirilib ki, bu gün yerli vaxtla saat 04.06-da Niksiç şəhərindən 32 kilometr şimal-qərbdə, Bosniya və Herseqovina ilə sərhədə yaxın Pluzine bölgəsində olan zəlzələnin maqnitudası 5,4 olub.

Dərinliyi 10 kilometr olduğu təsbit edilən zəlzələ can itkisi və dağıntıya səbəb olmayıb.

Zəlzələ qonşu Bosniya və Herseqovina, Xorvatiya, Kosovo və Albaniyada da hiss olunub.

Firudin Səfərli

MİA.AZ