PSJ-nin dünyada tanınan qolçusu Kilian Mbappe Fransada bir kababçını məhkəməyə verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb "Marsel" azarkeşi olan kababçı Mohamed Henninin Mbappenin adından sui-istifadə edərək, kiçik kababxanasında bişirdiyi çörəyin reklamını qurub. Kababçı bişirdiyi çörəyi belə reklam edib: "Kylian Mbappenin başı kimi yumru çörək ilə kabab...".

Futbolçu bu reklamdan xəbər tutan kimi isə məhkəməyə üz tutub.

Kababxananın həm sahibi, həm də kababçısı olan Mohamed Henni bundan sonra Fransa mətbuatına açıqlamasında fransız futbolçuya belə mesaj verib: "Mbappe, utanmırsan? Sənin başqa işin yoxdur? Məni belə mənasız bir şeyə görə məhkəməyə vermək inanılmazdır".

Fərid

MİA.AZ