Livan İsrailin Baalbek şəhərində mülki insanları bombalamasına görə BMT Təhlükəsizlik Şurasına şikayətə hazırlaşır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, artıq Livanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəliyinə İsrailə qarşı şikayət vermək tapşırılıb: "İsrail martın 11-12-də Baalbek şəhəri və ətraf kəndlərdəki yaşayış məntəqələrinə silsilə hücumlarda mülki vətəndaşları hədəf alıb. Bu şiddətli hücumlar nəticəsində müdafiəsiz mülki vətəndaşlar öldürülüb, yaralılar var. İsrailin sərhədədn 100 km aralıdakı mülki insanları viuurmasıq əbuledilməzdir. Tel-Əviv buna görə cavab verməlidir".

Zülfiyyə

MİA.AZ