HƏMAS qruplaşması Qəzza zolağında atəşkəs üçün ABŞ-ın liderliyi altında "beynəlxalq təklif" aldıqlarına dair iddiaları təkzib edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə HƏMAS yazılı açıqlama yayıb.

Qruplaşma ABŞ-ın öncüllüyündə hazırlanan atəşkəslə bağlı təklifə guya "hə" deyiləsi barədə yayılan xəbərin həqiqəti əks etdirmədiyi bəyanlayıb:

""Al Arabiya"-nın HƏMAS-ın guya yüksək rütbəli rəsmisinə istinadən dərc etdiyi xəbər yalandı. Həmin xəbərdə iddia olunub ki, guya HƏMAS Qəzzada atəşkəsin uzadılması və köçkünlərin mərhələli şəkildə geri qayıtması ilə bağlı beynəlxalq təklif alıb. Bu, tamamilə əsassızdır. Belə bir təklif almamışıq. Bundan əlavə, bizim nümayəndə heyətinin guya danışıqlar üçün Qahirəyə gedəcəyi bildirilib. Bu da reallığı əks etdirmir".

Bəyanatda daha sonra İsrailə sərt ittihamlar yönəldilib.

Tahir Şəlvəli

MİA.AZ