Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun müsadirə olunmuş əmlakları ilə bağlı məhkəmə iclası təxirə salınıb.
Mia.az Report-a xəbər verir ki, kassasiya şikayətinə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda baxılmalı idi.
Qeyd edək ki, ötən il sentyabrın 1-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə sabiq generalın 8-ci kilometr bazarı da daxil olmaqla 30 milyon manatlıq əmlakı dövlət nəfinə müsadirə edilib.
Xatırladaq ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunub. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib. Daha sonra o, general-mayor rütbəsindən də məhrum edilib, 2020-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.