"Rusiya nüvə savaşına hazırdır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Finlandiya və İsveçin NATO-ya daxil olmasına münasibətdə deyib.
Rus lider qeyd edib ki, bu addım “mənasız" olub: "Əksinə, bu məönasız addıma görə Rusiya indi Finlandiya sərhədində hərbi baza quracaq, əlavə qoşun yeridəcək. Əgər Rusiyanın varlığına təhlükə yaranarsa, o zaman arsenaldakı bütün silahlardan istifadə olunacaq. Hətta nüvə başlıqlarına qədər..."
Putin daha sonra ABŞ-ı açkar hədələyib. O deyib ki, əgər ABŞ Ukraynaya qoşun göndərərsə, bu, Rusiyaya açıq müdaxilə kimi qiymətləndirəcək: "Əlbəttə, nüvə müharibəsinə ehtiyac yoxdur, lakin bu baş verərsə, biz buna da hazırıq".
Zülfiyyə
MİA.AZ