İsrail qüvvələrinin Qəzza zolağına hücumları davam edir. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən sutka  İsrail hərbçiləri Deyr əl-Bəlah şəhərində dinc sakinlərə atəş açıb.

Məlumata görə, nəticədə 11 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb: "Aralarında uşaqların da olduğu yaralılar Əqsa Şəhidləri Xəstəxanasına sövq edilib. Bu və ya digər hadisələri nəzərə aldıqda, həlak olanların sayının 31 mini keçib...".

Xəbərdə o da deyilir ki, İsrail hərbçiləri indiyə qədər humanitar yardım gözləyən 400-dən çox fələstinlini də öldürüb.

Bununla yanaşı, fevralın 29-dan sonra bu gün ilk dəfə Qəzzanın şimalına yardım göndərilib: "6 yük maşınından ibarət karvan 25 min nəfərə yetəcək qədər ərzaq daşıyır".

Firudin Səfərli

MİA.AZ