İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 6 lot üzrə 65 nəqliyyat vasitəsi satılıb.
Mia.az xəbər verir ki, hərrac rəqabətli olub. İlkin qiyməti 96 min manat olan 1 lot üzrə 60 nəqliyyat vasitəsi rəqabətli keçən hərracda 150 min manata satılıb. Start qiyməti 4 600 manat olan “Nazlifan” markalı nəqliyyat vasitəsi isə 6 800 manata özəlləşdirilib.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/39Nxpb linki vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərraclar 2, 9, 16 aprel tarixlərində keçiriləcək. Hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 2 avadanlıq və 156 nəqliyyat vasitəsi çıxarılacaq.