"Yuventus"un məşhur futbolçusu Pol Poqba dopinqdən istifadə etdiyinə görə 4 illik cəzasının ardından Rusiyadan sürpriz təklif alıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiyanın həvəskarlardan ibarətə Media Futbol Liqasında çıxış edən “Broke Boys” Poqbaya rəsmi təklif göndərib.
Rus həvəskar klubu məşhur futbolçuya aylıq 1300 avro qarşılığında onların heyətində oynamağı təklif edib: "Ruslar ona əlavə olaraq lüks həyat vədi veriblər. Ancaq Poqba bu təklifi mədəni formada geri çevirib".
Xatırladaq ki, Poqba fevralın sonunda dopinqə görə diskvalifikasiya edilib. 4 il futboldan uzaqlaşdırılan futbolçu hazırda darixdırıcı həyat yaşadığını, eyni zamanda, geri qayıtmaq üçün mübarizə apardığını bəyan edib.
Fərid Aslan
MİA.AZ