Almaniya tərəfindən “cinayət törətmək, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulması və narkotik vasitələrin qanunsuz dövriyyəsi" və sair cinayətlərdə ittiham olunaraq axtarışa verilən mafiya lideri Erik Şröder İstanbulda qandallanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya məlumat paylaşıb.
O bildirib ki, İnterpolun qırmızı xətlə axtardığı mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri Erik Şröder “Qəfəs-25” əməliyyatı ilə İstanbulda tutulub.
Nazir qeyd edib ki, xalqın dincliyi və rahatlığını pozanlara qarşı tədbirlər davam edəcək, onları bir-bir qəfəsə salacaqlar.
Məlumatda deyilir ki, əməliyyat zamanı 41 min 850 avro və 38 min türk lirəsi, məşhur markaya məxsus qol saatları, müxtəlif ölkələrin pasportları və sim kartlar ələ keçirilib.
Firudin SƏFƏRLİ
MİA.AZ