İsrail Məscidül-Əqsaya açılan qapılardan birini - Aslan (Esbat) qapısını tikanlı məftillərlə bağlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qüds Qubernatorluğu məlumat yayıb.
Açıqlamaya görə, 1967-ci ildən bəri ilk dəfə Esbat darvazasını əhatə edən divarlara tikanlı məftil çəkilib: "Bu, çox təhlükəli hadisədir".
Qüds valiliyi onu da bildirib ki, Ramazan ayının ilk günündə 275 yəhudi İsrail hərbçilərinin müşayiəti ilə Məscidül-Əqsaya basqın edib.
Xatırladaq ki, İsrail 1967-ci ildə Şərqi Qüdsü ələ keçirdikdən sonra Məscidül-Əqsanın Əl-Məğəribə qapısını bağlayıb. Bu səbəbdən Esbat qapısının əhəmiyyəti daha da artıb.
Tahir Şəlvəli
MİA.AZ