Gənc nəsildə tolerantlıq, dözümlülük, qarşılıqlı anlaşılma və hörmət, ailədaxili problemlərin dinc yolla çözülərək həllinin tapılması və s. bu kimi xüsusiyyətlərin aşılanması, o cümlədən bu xüsusiyyətlərin əhali arasında geniş təbliğ və təşviq edilməsi məqsədilə elan olunan hekayə müsabiqəsi yekunlaşıb.
Mia.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Yazıçılar Birliyi (AYB) "Ulduz" jurnalı ilə əməkdaşlıq çərçivəsində keçirilən hekayə müsabiqəsinin finalçıları müəyyən olunub:
1. Arif Rəhimov – “Zərif və kövrək məxluq”
2. Azər Musaoğlu – “Fidan”
3. Fatimə Bayramova “Bağlı qapı arxasında”
4. Maya İmran – “Humay Atabəy”
5. Rəşid Bərgüşadlı – “Otit”
6. Şəfa Vəli – “Quşxanadan reportaj”
7. Zemfira Məhərrəmli – “Ailə sənin məbədindir”
13 mart 2024-cü il saat 12.00-da AYB-nin Natəvan klubunda “Məişət zorakılığına yox deyək!” mövzusunda tədbirin keçirilməsi və hekayə müsabiqəsinin qaliblərinin elan olunması nəzərdə tutulub.
Qeyd edək ki, informasiya dəstəyi "525-ci qəzet" dir.