Afrikanın Hind okeanındakı Zənzibarın Pemba adasında dəniz tısbağası yeyən 78 nəfər xəstəxanaya yerləşdirilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, turistlərin çox bəyəndiyi yerli yemək olan dəniz tısbağası əti Zanzibar arxipelaqının Pemba şəhərində ölümlərə səbəb olub.
Bildirilib ki, zəhərlənən 87 nəfərdən 9-u ölüb. Onlardan 8-i uşaqdır.
Məlumata görə, hazırda müalicə olunan 78 nəfərin vəziyyəti isə ağır olaraq qalır.
Mkoani rayon səhiyyə idarəsinin rəhbəri Hacı Bakari deyib ki, dünyasını dəyişən uişaqlardan biri onun övladıdır: "Bəli, onlar tısbağa ətindən zəhərlənərək ölüblər".
Bakari "Associated Press"-ə bildirib ki, laboratoriya testləri bunu təsdiqləyib.
Firudin Səfərli
MİA.AZ