"Siltaş Yapı Pendikspor"la oyndan sonra "Fənərbağça"nın 37 yaşlı qolçusu Edin Dzeko maraqlı açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Edin Dzeko rəqib oyunçular tərəfindən oyunun qəsdən uzadılması və hakimlərin də buna seyrçi qalmasını utancverici sayıb.

O, azarkeşlərinin dəstəyi ilə "Pendikspor"a 4-1 qalib gəldiklərini qeyd edərək, ürəyini boşaldıb: “İlk hissədə topun nə qədər oyunda qaldığını bilmirəm. Bu, həqiqətən utancvericidir. Çünki bu, birinci dəfə deyil. Rəqiublər qəsdən oyunu ləngidir, uzadır. Bu vəziyyət bizi də əsəbiləşdirir. İlk dəfə deyil ki, öz stadionumuzda belə şeylər görürəm. Hakimlər də buna imkan verir. Oyun 2 dəqiqə oynanılır, 5 dəqiqə fasilə yaranır. Sonra 1 dəqiqə oynanılır, yenə bir bəhanə ilə 5 dəqiqə fasilə verilir. Belə vəziyyətlərdə komandamız sarı vərəqə alır. Hər matçın ilk 15 dəqiqəsində 2-3 sarı vərəqə görürük. Həqiqətən də qəribə bir vəziyyətdir. Bu, Türkiyə futboluna kənardan baxanda, ona müsbət imic də gətirmir".

Fərid

MİA.AZ