Türkiyə Super Liqasının 29-cu turunun son oyununda "Beşiktaş" sabiq "Qalatasaray"lı Səlcuk İnanın bir neçə gün əvvəl baş məşqçisi təyin olunan "Qaziantep FK" komandası ilə üz-üzə gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qaziantepdə baş tutan oyunda "Beşiktaş" gözlənilmədən meydan sahiblərinə boyun əyib - 2:0
Səlcuk İnanın komandasına qələbə qazandıran qolları 9-cu dəqiqədə Soresku, 85-ci dəqiqədə isə Draquş vurub.
Onu da qeyd edək ki, "Beşiktaş" 89-cu dəqiqədə Cenk Tosun penaltidən yararlana bilməyib.
Beləliklə, oyun 2-0 hesabı ilə ev sahibi komandanın xeyrinə başa çatıb.
Bu qələbə ilə "Qaziantep FK" xalını 31-ə çatdıraraq, 15-ci pilləyə yüksəlib.
"Beşiktaş" isə 46 xalla 4-cü yerdə qalıb.
Fərid
MİA.AZ