Qoç - Ünsiyyət və danışıqlar üçün çox əlverişli gündür. Ən soyuqqanlı, laqeyd, eqoist, mizantrop insanı belə ideyalarınıza cəlb edə bilərsiniz. İntuisiyanız çox güclüdür və bu məqam şəxsi nüanslara təsir edir. Yaxınlarınızın istək və hisslərini anlamağa çalışın. Sevdiyiniz insanın niyyətini duyun, gözləntilərini dərk edin.

Günün ikinci yarısında işgüzar və maliyyə məsələlərini həll etmək olar. Zahirən hərdəmxəyal təsir bağışlasanız da, ciddi olun, önəmli detalları diqqətdən qaçırmayın. Qiymətli hədiyyə, xoş sürprizlər istisna deyil.

Buğa - Asan, rahat gün olmayacaq. Kiçik anlaşılmazlıqlar və uğursuzluqların sayı normadan artıqdır. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. İstəyinizə dərhal olmasa da, çatacaqsınız. Əks cins mənsubu ilə fikir ayrılığı və ixtilaf yarana bilər. Yaşlılarla təmaslarda diqqətli, həssas olun. Sərt, aqressiv danışmayın.

Günün ikinci yarısında önəmli işlə təkbaşına məşğul olmayın. Mürəkkəb və xoşagəlməz problemin həllində yardımçınız olacaq.

Əkizlər - Emosional baxımdan rəvan, asan olmayan gündür. Hadisələr qarışıq, hisslər dağınıq, əsəblər gərilidir. Qarşılıqlı anlaşmaya və kompromissə nail olmaq çətindir. Durumu ağırlaşdırmamaq üçün səy göstərin. Əks təqdirdə ümumi planlardan biri ertələnəcək, nəzərdə tutduğunuz iş alınmayacaq. Günün ikinci yarısında genişmiqyaslı, ağır işlərə başlamayın. Başa vura biləcəyiniz işlərlə kifayətlənin. Axşam saatlarını sakit istirahətə, yorucu olmayan, maraqlı məşğuliyyətə həsr edin.

Xərçəng - Yaxşı ideyalarınız az olmasa da, onları həyata keçirmək üçün enerji qıtlığı var. Bu isə müttəfiqlərə və yardımçılara ehtiyac yaranmasını labüd edir. Tərəfdaşları ən qəfil, gözlənilməz şərait və yerdə tapmaq olar. Onların arasında indiyədək bütün niyyət, layihələrinizə şübhə ilə yanaşan insanlar da ola bilərlər.

Alış-veriş etmək, daşınmaz əmlaka və yeni layihəyə sərmayə yatırmaq olar. Nüfuzlu insanla görüş pis keçməyəcək. Yaşlı qohumlarla ünsiyyət sizi sevindirəcək. Ailəvi tədbirlərdə qayğısız görünməyə çalışın. Deyin, gülün, əylənin.

Şir - Heç hara tələsməyin. Yaxın ətrafınızdakı insanlar sizi tələsdirsələr belə, aramla davranın. Dürüst qərar qəbul etmək üçün effektiv taktika seçin. Əvvəl başladığınız işi başa vurmaq üçün bir qədər vaxt gərəkdir. Yeni tapşırıqlar və ya öhdəliklərin alınması, mürəkkəb məsələlərin yaranması istisna deyil. Yardım və ya heç olmasa, məsləhət ala biləcəyiniz şəxslər isə gözə dəymirlər. Alış-verişdə çox pul xərcləməyin, qənaətli olun. Maliyyə baxımından uğursuz gündür. Məişət texnikası sıradan çıxa bilər.

Qız - Planlaşdırdığınız işləri təkbaşına reallaşdırmaq çox çətindir. Müttəfiq və yardımçı arayın. Sizi dəstəkləmək və istəklərinizi yerinə yetirməklə yanaşı, təşəbbüskar olacaq insanları tapacaqsınız. Onlarla tərəfdaşlıq faydalıdır. Cəsarətli və qətiyyətli olun. Maneələrlə sədlər sizi qorxutmasın. Uğurlara nail olmaq şansınız az deyil.

Kiçik və xırda məsələlərə görə pərişan olmayın. Əhvalınızı pozmayın. Bədbinliyə qapılan insanlar sizə dəstək üçün üz tutacaqlar. Lakin "kövrək etiraflar" dinləməyə çox vaxt sərf etməyə dəyməz.

Tərəzi - Vurnuxma sizi çox qıcıqlandırır. Daha sakit, səs-küydən uzaq şəraitdə çalışmaq istəyirsiniz. Amma belə imkan yoxdur. Qəfil və gözlənilməz məqamlar az deyil. Əvvəlki günlərlə müqayisədə planları daha sürətlə dəyişməli olacaqsınız. Nikbin davranın, ruhdan düşməyin. Yaxınlarınızın sizə yaxşı xəbərləri və xoş sürprizi var. Onlarla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq. Ailə üzvləri ilə təmaslarda həssas olun. Səmimiyyəti, qayğını unutmayın.

Əqrəb - Çox uğurlu gündür. Əvvəllər başladığınız və ümidsiz saydığınız mürəkkəb işi başa çatdırmaq şansı var. Bədxahlarla rəqibləri üstələyin, zəifliklərinizin öhdəsindən gəlin. Zərərli vərdişlərlə mübarizə aparın. Həmin vərdişlərdən birini tərgidə bilərsiniz.

Riskli anlaşma və ya sövdələşməyə qatılmayın. Gərəkliliyinə tam əmin olmadığınız əşyalar almayın. Pulla ehtiyatlı davransanız, bir qədər sonra problemlərlə qarşılaşmaq ehtimalı azalar. Qeyri-formal şəraitdə işgüzar məsələləri müzakirə etmək olar. Çoxdan bəri həllini tələb edən problemi çözmək üçün orijinal variant tapıla bilər.

Oxatan - Günü müstəqil çalışaraq, təkbaşına keçirməyə can atsanız da, planlarınız baş tutmayacaq. İnsanlar sizə can atırlar. Yaxın ətrafınızdakı şəxslərdən birinin yardıma ehtiyacı var. Yaradıcılıq fəaliyyəti üçün düşərli gündür. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Kiçik gəlirlər, bahalı olmayan, amma çox xoş hədiyyələr ola bilər.

Günün ikinci yarısı idman və fiziki əmək üçün yararlıdır. Əhvalınız yaxşılaşacaq, gərəksiz fikirləri az sonra unudacaqsınız.

Oğlaq - Bu gün sınağa çəkiləcəksiniz. Çətinlikləri dəf edin və yaxınlarınızla qayğıkeş davranmağı unutmayın. Problemlər ilk əvvəl çox ağır təsir bağışlayacaq. Lakin yaranmış situasiyanı sakit, soyuqqanlı şəkildə təhil edəndə anlayacaqsınız ki, vəziyyət o qədər də pis deyil. Çətin durumdan çıxış yolu tapın. Əlverişsiz situasiyadan öz xeyriniz üçün istifadə edə bilərsiniz.

Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Xroniki ağrılar kəskinləşəcək. Profilaktiki tədbirləri unutmayın. Normal qidalanın, məntiqli gün rejiminə riayət edin. Belədə sağlıq durumunuz ciddi təhdidlərlə qarşılaşmaz.

Dolça - Günün ilk yarısında yaranan problemləri çox ciddi saymayın. Çətin dövr az sonra başa çatacaq, bütün problemlər unudulacaq. Sürprizlər, uğurlu təsadüflər və maraqlı görüşlər dövrü başlanacaq. İmiclə eksperimentlər uğurlu nəticələr verə bilər. Günün ikinci yarısında qarderobunuzu yeniləyə bilərsiniz.

Müstəqil fəaliyyət, diqqət, detallara səhih yanaşma tələb edən işlər üçün əlverişli zamandır. Səvhlərə yol verməməyə, səliqəli olmağa, diqqətli davranmağa çalışın. Planlaşdırılmamış səfər ola bilər. Axşam saatları müsbət təmayüllərin təsiri güclənəcək.

Balıqlar - Cəsarətli və qeyri-adi, qəfil layihəyə başlaya bilərsiniz. Başladığınız mürəkkəb layihəni sona çatdırın. Adi, ənənəvi, rutin işləri darıxdırıcı sayıb onları qulaqardına vurmayın. Təxirəsalmalar və çətinliklər yaranarsa, yaxın ətrafınızdakı insanlardan birini işə cəlb edə bilərsiniz. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir.

Başqalarının səhvlərindən nəticə çıxarın, faydalı təcrübəni əxz edin. Yaşlı qohumlar yaxşı məsləhətlər verəcəklər. Birmənalı olmayan situasiyada necə davranmağın gərəkdiyini isə dostlar deyəcəklər.Qəfil hədiyyə ola bilər.

Milli.Az