Rusiyanın enerji şirkəti "Qazprom" Polşanın iki enerji şirkətini məhkəməyə verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayıaln xəbəri Rusiya şirkəti təsdiqləyib.
Məlumata görə, "Qazprom" Polşa şirkətlərinə təxminən 935 milyon dollar təzminat tələbi qaldırıb: "Artıq "Qazprom"un iddası əsasında Leninqrad vilayətinin Arbitraj Məhkəməsi Polşanın "Orlen" və "Europol GAZ SA" şirkətlərinə qarşı məhkəmə prosesinə başlayıb".
Məlumatda tərflər arasında mübahisənin detalları açıqlanmayıb.
Ancaq Rusiya mətbuatı yazır ki, bu, 2022-ci ildə Rusiya qazının Polşaya nəqlini rublla ödəməkdən imtinası ilə əlaqəlidir.
Onu da qeyd edək ki, adıçəkilən Polşa şirkətləri həm də “Qazprom”un Yamal-Avropa boru kəmərinin operatorlarıdır.
Samir Musayev
MİA.AZ